Yaponiyada 4,7 ballıq zəlzələ oldu
Kateqoriya məlum deyil
Yaponiyanın qərbində 4,7 bal gücündə zəlzələ baş verib.
Sfera.az xəbər verir ki, bu barədə məlumatı ölkənin Milli Meteoroloji İdarəsi yayıb.
Zəlzələnin episentri Kaqosima preferekturasının ərazisində yerləşib.
Xəsarət alan və dağıntılar barədə hələ məlumat daxil olmayıb. Sunami təhlükəsi elan olunmayıb.






