Logo

KTMT sülhməramlılarının Qazaxıstandakı missiyası başa çatdı

KTMT sülhməramlılarının Qazaxıstandakı missiyası başa çatdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Qazaxıstandakı sülhməramlı missiyası uğurla başa çatıb”.

Sfera.az  xəbər verir ki, bunu KTMT sülhməramlıları kontingentinin komandanı, general-polkovnik Andrey Serdükov söyləyib.

O, sülhməramlıların qısa müddətdə vətəndaşların təhlükəsizliyini təmin etdiyini, vəziyyətin sabitləşməsinə yardımçı olduğunu və həyati vacib obyektlərin fasiləsiz işləməsini təmin etdiyini vurğulayıb.

Qeyd edək ki, KTMT Kollektiv Təhlükəsizlik Şurasının yanvarın 6-da qəbul etdiyi qərarına uyğun olaraq, vəziyyəti sabitləşdirmək və normallaşdırmaq üçün təşkilatın Kollektiv Sülhməramlı Qüvvələri məhdud müddətə Qazaxıstana göndərilib. Kontingentə Rusiya, Belarus, Ermənistan, Tacikistan və Qırğız Respublikası silahlı qüvvələrinin bölmələri daxildir.

Yanvarın 13-də sülhməramlı kontingentin Qazaxıstan ərazisindən mərhələli şəkildə çıxarılmasına başlanılıb və bu, bir neçə gün davam edəcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR