Logo

ABŞ və NATO-dan Rusiyaya XƏBƏRDARLIQ

ABŞ və NATO-dan Rusiyaya XƏBƏRDARLIQ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ Dövlət katibinin birinci müavini Vendi Şerman Belçikanın paytaxtı Brüsseldə Rusiya-NATO Şurasının iclasından sonra, Kremlə xəbərdarlıq edib.

Sfera.az bildirir ki, Şerman Rusiyanın qarşısında iki seçim olduğunu söyləyib. "Rusiya ya diplomatik yolu seçəcək, ya da Qərblə qarşı-qarşıya gələcək”, - deyə qurum rəsmisi bildirib.

O, həmçinin ölkəsinin və digər NATO üzvlərinin Ukraynanın hərbi alyansa üzvlüyünə veto qoymasını heç vaxt qəbul etməyəcəklərini vurğulayıb: "NATO "açıq qapı” siyasətini davam etdirir. ABŞ da, bu qurum da hər ehtimala hazırdır”.

NATO baş katibi Yens Stoltenberq də Avropada silahlı qarşıdurma təhlükəsinin olduğunu bildirib. O deyib ki, NATO Rusiyanın bütün tələblərini, o cümlədən Ukraynanın alyansa üzv olmamasını rədd edir: "Lakin NATO-ya üzvlük məqsədi Ukraynanın konstitusiyasında da yazılıb”.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR