Logo

Qazaxıstanda millətçi şəxs nazir təyin edildi

Qazaxıstanda millətçi şəxs nazir təyin edildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Rusofob mövqeyi ilə tanınan siyasətçi Əsgər Umarov Qazaxıstanın informasiya naziri vəzifəsinə təyin edilib.

Sfera.az xəbər verir ki, rusofob mövqeyini görə tənqid olunan Umarov "Facebook” səhifəsində ittihamlara cavab verib.

Yeni nazir bildirib ki, onun imici demonizasiya (şeytanlaşdırmaq) edilib:

"Təsvir etməyə çalışdıqları şəxs mən deyiləm. Əvvəlki bütün vəzifələrimdə rusiyalı və digər tərəfdaşlarla səmərəli iş aparmağa çalışmışam, birgə yaxşı layihələr həyata keçirmişik”.

Umarov deyib ki, o, Rusiya ilə müttəfiqlik münasibətlərinin Qazaxıstan üçün nə qədər vacib olduğunu başa düşür:

"Rusiyanın ölkəmizə dəstəyi hörmət və minnətdarlıq doğurur. Mən tolerantlıq və xalqlar dostluğu prinsiplərinə, Qazaxıstan xalqının birliyinə və qonşularla qardaşlıq münasibətlərinə sadiq olduğumu bir daha təsdiqləmək istəyirəm”.

Qeyd edək ki, əvvəllər Əsgər Umarov "TurkMedia” ləqəbi ilə sosial şəbəkələrdə qalmaqallı yazılar və şərhlər yazıb. O, Qazaxıstanın rus sakinlərini "diaspora tərəfindən qovulmuşlar", Böyük Vətən Müharibəsini isə xarici müharibə adlandırıb.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR