Logo

Daha bir ölkə vaksin vurdurmayanlardan vergi tutacaq

Daha bir ölkə vaksin vurdurmayanlardan vergi tutacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Kanadanın Kvebek əyalətində vaksin vurdurmayanlar vergi ödəyəcək.

Sfera.az bildirir ki, bu barədə əyalət rəhbəri Frankois Leqault açıqlama verib. O, vergi miqdarının müəyyən edilmədiyini, lakin yüksək olacağını vurğulayıb.

"Kvebek nüfuzunun təxminən 10 faizi hələ də peyvənd vurdurmayıb. Həmin şəxslər əyalətdə qalan hər kəs üçün maliyyə yükü yaradır. Hesab edirəm ki, belə bir tədbirin görülməsini fədakarlıq edənlərin 90 faizinə borcluyuq”, - deyə Leqault söyləyib. Lakin o, verginin nə zaman tətbiq ediləcəyi barədə açıqlama verməyib.

Xatırladaq ki, indiyə qədər dünyanın heç bir yerində vaksin olunmayanların vergi ödəyəcəkləri barədə qərar verilməmişdi. Yalnız Yunanıstanda gələn həftədən 60 yaşdan yuxarı peyvənd olunmayan şəxslər ayda 100 avro ödəyəcəklər.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR