Ərdoğanı öldürmək istəyən əsgərlərdən biri belə tutuldu - VİDEO
Dünya
00:29 / 26.07.2016
2344
13 xüsusi təyinatlı əsgər hələ də axtarılır
Türkiyədə 15 iyul hərbi qiyam cəhdinin iflasa uğramasından sonra bir çox qiyamçı əsgər qaçmağa nail olub. Bizimyol.info xəbər verir ki, 15 iyul gecəsində Marmarisdə bir hoteldə olan Türkiyə prezidenti R.T.Ərdoğana sui-qəsd təşkil etmək istəyən əsgərlərdən 4-ü həbs edilib. Hərbi qiyamın ifalasa uğramasından sonra 17 xüsusi təyinatlı əsgər meşəlik əraziyə qaçmışdı.
Bu gün o əsgərlərdən biri meşəlik ərazidə tutulub. Bununla da 10 gün ərzində həbs edilən xüsusi təyinatlı əsgər sayı 4-ə çatıb. Qeyd edək ki, 13 xüsusi təyinatlı əsgər hələ də axtarılır.
Bir çox hərbi mütəxəssisin fikrincə bu əsgərlər çox güclü bacarıqlara sahibdirlər. Onlar bir gün ərzində 40 km qaça bilirlər. Əsgərlərin hətta 2-3 ay gizlənə biləcəkləri iddia edilir.
Sfera.az