İraq parlamentində dava düşdü, iclas təxirə salındı
Sfera.az xəbər verir ki, bu barədə Sky News Arabia telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, parlamentin ən yaşlı deputat Mahmud əl-Məşhədaninin sədrliyi ilə keçirilən iclas son dərəcədə gərgin şəraitdə başlayıb.
Belə ki, nüfuzlu İmam Müqtəda əs-Sədrin şiə bloku ilə Şiə Koordinasiya Birliyi arasında hansının ən böyük fraksiya olması ilə bağlı mübahisə xaos və kəskin münaqişəyə çevrilib.
Belə bir vəziyyətdə 73 yaşlı Mahmud əl-Məşhədani özünü pis hiss edib və parlamentə təcili tibbi yardım avtomobili çağırılıb. O, xəstəxanaya aparılıb. İndi siyasətçinin sağlamlıq vəziyyəti stabilləşib.
Mahmud əl-Məşhədani xəstəxanaya yerləşdirildikdən sonra ikinci müavin iclası keçirməkdən imtina edib və növbəti məsləhətləşmələr üçün parlamentin iclası təxirə salınıb.






