Almatı şəhərində 852 nümayişçi saxlanıldı
Sfera.az xəbər verir ki, bu barədə Almatı şəhər operativ qərargahının rəsmi nümayəndəsi Saltanat Özirbek bildirib.
Onun sözlərinə görə, 18 ədəd odlu silah və 1400-ə yaxın döyüş sursatı qanunsuz dövriyyədən çıxarılıb. Saxlanılanlar arasında yanvarın 6-na keçən gecə Almatı polisinin inzibati idarəsinin binasına basqının şəxslər də var.
Qeyd edək ki, Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin ilk günlərində başlayıb. Daha sonra ölkənin qərbindəki Janaozen və Aktau şəhərlərinin sakinləri maye qazın qiymətinin iki dəfə artırılmasına qarşı çıxıblar, sonra etirazlar digər şəhərlərə də yayılıb.
Yanvarın 4-ü və 5-də Almatıda təhlükəsizlik qüvvələri ilə toqquşma baş verib, polis gözyaşardıcı qaz və qumbaralardan istifadə edib. Qazaxıstanda internet kəsilib, bir sıra telekanalların yayımı müvəqqəti dayandırılıb. Yanvarın 19-dək bütün ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Yanvarın 5-də Prezident Kasım-Jomart Tokayev hökuməti istefaya göndərib və respublikanın Təhlükəsizlik Şurasına rəhbərlik edib. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Tokayevin müraciəti ilə əlaqədar Qazaxıstana sülhməramlı qüvvələrin göndərilməsi barədə qərar qəbul edib. Yanvarın 10-da bütün ölkə ərazisində matəm elan edilib.






