FETÖ-çü qadın pilotun ifadəsi
Dünya
22:35 / 25.07.2016
3388
Fetullahçı Terror Təşkilatının (FETÖ) çevriliş cəhdinə dair istintaq çərçivəsində həbs olunan çevrilişçi təyyarəçi baş leytenant Kərimə Qumaşın ifadəsində maraqlı detallar ortaya çıxıb.
Fetonun Yalova çevriliş cəhdinə dair istintaqa, nəzarətə alınaraq ədliyyəyə sövq edildikdən sonra həbs olunan qadın təyyarəçi baş leytenant Qumaşın ifadəsi ələ keçirilib. Qumaş ifadəsində Yalova Hava Meydan Komandanlığında düşərgə etmək üzrə olan Hava Hərbi Məktəbi tələbələrinə təhsil vermək məqsədilə tapşırıq verildiyini deyib.
Aldığı tapşırıq üzərində vertolyotla havaya qalxdığını bildirən Qumaş ifadəsində belə deyib:
"15 iyulda Hava Hərbi Məktəbi Tələbə Alay Komandiri Qərargah Polkovnik Hüseyn Ərgəzən və 5-ci Donanma Komandiri Mayor Yusif Yenihayatın göstərişləri əsasında istifadə etmiş olduğum UH1H tipi helikopter ilə İstanbul səmalarında üç uçuş həyata keçirdim. Ərgəzənin göstərişilə TRT binasına hərbi personal apardım. Yenihayatın tapşırıqları ilə də bir qrup hərbi tələbə Beşiktaş Qətərin Vodafone Arena Stadionuna düşürdüm".
Albay "Ercan Korhanın göstərişi ilə də Atatürk Hava Limanına getdiyini bildirən Qumaş daha sonra Boğaz körpüsündə köməksiz qalan hərbi personal üçün göndərilmişdim. Burada vertolyot istiqamət aldı. Buna baxmayaraq, eniş edərək hərbi personalı götürərək yenidən 16 iyul saat 04:00 radələrində Atatürk Hava Limanına eniş etdim. Vertolyotun istiqamət alması ilə yaranan qəzadan savayı bir daha vertolyotu qaldıra bilmədim. Vertolyotun içində gün işıqlanana qədər gözlədim" deyib.
Sfera.az //