Logo

Naməlum şəxslər KTMT ölkələrinin Moskvadakı səfirliklərini partladacaqları ilə hədələyib

Naməlum şəxslər KTMT ölkələrinin Moskvadakı səfirliklərini partladacaqları ilə hədələyib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Naməlum şəxslər Ermənistanın və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olan digər ölkələrin Moskvadakı səfirliklərini partladacaqları ilə hədələyiblər.

Sfera.az xəbər verir ki, bu barədə "Sputnik”ə Ermənistanın Rusiyadakı səfirliyindəki mənbə bildirib.

Həmin şəxslər KTMT qoşunlarının Qazaxıstandan çıxarılmasını tələb edirlər.

"Səfirliyin elektron poçtuna partlayış hədəsi ilə məktub gəlib. Məktubu göndərən naməlum şəxslər KTMT ölkələrinin qoşunlarının Qazaxıstandan çıxarılmasını tələb edirlər”, - deyə mənbə bildirib. .

Mənbənin sözlərinə görə, artıq antiterror tədbirləri görülüb. Ermənistan səfirliyinin binasına baxış keçirilib, lakin hər hansı partlayıcı qurğu və maddə aşkarlanmayıb. Ermənistan səfirliyinin mühafizə xidməti gücləndirilmiş rejimə keçib.

Hələlik hadisə ilə bağlı Rusiya hüquq-mühafizə orqanları məlumat yaymayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR