Ermənistanda kütləvi həbslər başladı
20:19 / 25.07.2016
1947
Ermənistan milli təhlükəsizlik xidməti İrəvanda polis-patrul alayının binasını ələ keçirən silahlı şəxslərə kömək etməkdə şübhəli bilinən bir qrup insanı həbs edib.
Ermənistan xüsusi xidmət orqanlarının iddiasına görə, həbs olunanlar polis binasına hücum zamanı silahlı qrupa kənardan dəstək veriblər. Onların bəziləri yük maşını ilə hasarı uçurub, digərləri isə "molotov kokteyli” ilə binanın ətrafını yandırıblar. Bundan sonra digərləri içəri girərək, polis əməkdaşlarını girov götürüblər.
Xüsusi xidmət orqanları silahlı qrupa kömək etmək istəyənlərə xəbərdarlıq edib, həmçinin bəzilərinin nəzarət altında olduğunu açıqlayıb.

Qeyd edək ki, iyulun 17-dən başlayaraq, bu günə qədər davam edən silahlı qiyama görə, Ermənistanda kütləvi həbslər davam edir.
Publika //
Sfera.az