Logo

Nazarbayev ölkəni tərk etməyib - Xalqı Tokayevin ətrafında sıx birləşməyə çağırdı

Nazarbayev ölkəni tərk etməyib - Xalqı Tokayevin ətrafında sıx birləşməyə çağırdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev ölkənin bütövlüyünü qorumaq və mövcud çətinliklərə qalib gəlmək üçün xalqı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ətrafında sıx birləşməyə çağırıb.

Sfera.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Nazarbayevin mətbuat katibi "Twitter”də məlumat yayıb.

Məlumatda bildirilib ki, Nazarbayev ölkəni tərk etməyib və o, hazırda paytaxt Nur-Sultandadır.

Qeyd olunub ki, Nursultan Nazarbayev məsləhətləşmələr keçirir, o, Prezident Kasım-Jomart Tokayevlə birbaşa əlaqədədir və həmçinin qonşu və dost ölkələrin liderləri ilə telefonla əlaqə saxlayır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR