“Yahoo” dəyişir
Dünya
19:07 / 25.07.2016
1858
ABŞ-ın telekommunikasiya şirkəti "Verizon” "Yahoo”-nu 4,83 milyard dollara satın alıb.
Beləliklə, 1994-ci ildə Jerry Yang və David Filo tərəfindən əsası qoyulan "Yahoo” yaradılmasından 22 il sonra satılmış oldu.
Publika.az "Bloommerg”ə istinadən xəbər verir ki, iki şirkət arasındakı razılaşmaya əsasən "Yahoo”nun adı dəyişəcək və şirkət ictimaiyyətə açıq bir investisiya qurumu olacaq. Eləcə də "Verizon” "Yahoo”nu "AOL” ilə birləşdirəcək.
"Verizon”dan verilən açıqlamaya görə, satınalmanın 2017-ci ilin ilk rübündə başa çatdırılması gözlənilir.
"Yahoo” illər ərzində 5,7 milyard dollarlıq "Broadcast.com” və 3,6 milyard dollarlıq "Geocities” kimi satınalmalara da imza atmışdı.