ABŞ Qazaxıstanla bağlı Rusiyaya XƏBƏRDARLIQ etdi
Sfera.az bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays açıqlama verib. O, ABŞ-ın Rusiyanı Qazaxıstandakı qurumları nəzarətə götürməməsi ilə bağlı xəbərdar etdiyini və Dünyanın istənilən hüquq pozuntusunu yaxından izlədiyini vurğulayıb.
"ABŞ-la yanaşı, bütün Dünya insan haqları pozuntusu ilə bağlı xəbərləri diqqətlə izləyir. Qazaxıstan institutlarının ələ keçirilməsinə yol aça biləcək hər hansı bir hərəkət də nəzarətimizdədir”, - deyə Prays əlavə edib.
Xatırladaq ki, Qazaxıstan Prezidenti Qasım-Jomard Tokayev Rusiya, Belarus, Qazaxıstan, Ermənistan, Qırğızıstan və Tacikistanın üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) hərbi yardım istəmişdi. Təşkilat Qazaxıstandakı vəziyyəti sabitləşdirmək üçün ölkəyə sülhməramlıların göndərilməsinə razılıq vermiş və Rusiya, o cümlədən Ermənistanın hərbi hissələri Qazaxıstana göndərilmişdi. Tacikistan da ölkəyə 200 əsgər göndərmək qərarına gəldiyini açıqlayıb.
Günay Rəsulqızı
Sfera.az






