Qazaxıstanda polis 26 silahlı şəxsi məhv edib
Kateqoriya məlum deyil
Qazaxıstan Daxili İşlər Nazirliyi (DİN) 26 silahlı cinayətkarın məhv edildiyini açıqlayıb. DİN 18 cinayətkarın isə yaralı olduğunu bildirib.
Sfera.az xəbər verir ki, bu barədə "RİA Novosti” məlumat yayıb.
Nazirlik ölüm hallarının ölkədə asayişin bərpasından sonra qeydə alındığını deyib. Daha əvvəl Qazaxıstan DİN-i saxlanılan 3 mindən çox adamın adını açıqlamışdı.
Qeyd edək ki, ən əhəmiyyətli toqquşmalar ölkənin keçmiş paytaxtı Almatıda baş verib.
Vasif
Sfera.az






