Hulusi Akar Azərbaycana satılan silahlardan danışdı
Sfera.az xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar deyib.
Nazir qeyd edib ki, Türkiyənin milli silahlarını, döyüş sursatlarını, dəniz toplarını, "fırtına” haubitsalarını, ATAK helikopterlərini, freqatlarını və döyüş gəmilərini layihələndirmək, qurmaq, istehsal etmək və ixrac səviyyəsinə çatıb.
Akarın sözlərinə görə, NATO standartlarına uyğun istehsal edilən və əməliyyatlarda sınaqdan keçirilən silah sistemlərinin effektivliyi bütün dünyanın diqqətini çəkib, Türkiyənin yerli və milli müdafiə sənayesi məhsullarına tələbat günü-gündən artıb, "Made in Turkey” brendi beynəlxalq bazarda layiq olduğu mövqeyə yüksəlib: "Buna konkret nümunə odur ki, ölkəmiz 2021-ci ildə təqribən 3,3 milyard ABŞ dolları məbləğində müdafiə və aerokosmik məhsulları ixrac edərək rekord qırıb”.
(Report)






