Logo

“Qazaxlar “Bayraktar”ları alandan sonra...” – Erməni politoloq

“Qazaxlar “Bayraktar”ları alandan sonra...” – Erməni politoloq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Qazaxlar "Bayraktar”ı alıb rusların üzərinə hərəkət edə biləcəklərini düşünüblər”.

Sfera.az xəbər verir ki, bu sözləri  erməni politoloq Alen Qevondyan bildirib.

Politoloq Qazaxıstanda baş verən hadisələri dövlət idarəçiliyin zəif olması ilə əlaqələndirib:

"Yeri gəlmişkən, bu yaxınlarda qazaxlar "Bayraktar”ları alıb, yəqin ki, "ruslar çox zəifdir, başlarından tullana bilərik” deyə düşünüblər. Hər halda bu, dövlət siyasətinin və səmərəsiz idarəetmənin məntiqi nəticəsidir, qalanı isə lirikadır”, -deyə A.Qevondyan deyib.

Xatırladaq ki, ötən ilin sonu İkinci Qarabağ müharibəsində mühüm rol oynamış Türkiyənin istehsal etdiyi "Bayraktar TB2” pilotsuz uçuş aparatlarını alan ölkələr sırasında Qazaxıstan da yer alıb.

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR