Bayden yenə etdiyi səhvlə gülüş obyektinə çevrildi
Sfera.az bildirir ki, bu dəfə Ağ Ev sahibinin kobud səhvi səs-küy yaradıb. Belə ki, o, koronavirusla bağlı keçirdiyi brifinqdə illəri qarışıq salıb. Bayden çıxışı zamanı "2020-ci ildə ümidli olmaq üçün bir çox səbəb var. Amma xahiş edirəm, mövcud imkanlardan yararlanın”, -deyə söyləyib. Ölkə liderinin bu sözləri qısa zaman ərzində sosial mediada gündəm olub və izləyicilərin əksəriyyəti Baydeni hədəf alaraq "ABŞ 2020-ci ilə geri döndü?”, "Bayden 2020-ci ildə qalıb”, "Cozef 2020-ci ildən bəri yatmağa davam edir” kimi cümlələrdən istifadə ediblər.
Xatırladaq ki, dünyanın ən yaşlı rəhbərlərindən biri olan 79 yaşlı Bayden ABŞ gündəmində dəfələrlə müzakirə obyektinə çevrilib. Hətta 75 yaşlı keçmiş prezident Donal Tramp seçki kampaniyası zamanı onu "qoca” adlandırmışdı. Bununla yanaşı, Co Baydenin bir neçə dəfə kobud səhvə yol verməsi, 2024-cü ildə yenidən namizədliyini irəli sürməsi ilə bağlı planlarını sual altında qoyub. Belə ki, Ağ Ev sahibinin rəqibləri belə səhvlərin onun süqutunun əlaməti olduğunu iddia ediblər.
"Morning Consult” sorğu şirkəti və "Politico” jurnalının noyabr ayında keçirdiyi sorğuya əsasən, respondentlərin təxminən 48 faizi ABŞ prezidentinin psixi sağlamlığının yaxşı olmadığını düşünür. Bu fikirlə razılaşmayanların nisbəti isə, 46 faiz təşkil edib. Eyni zamanda səs verənlərin 50 faizi Baydenin "ümumi sağlamlıq vəziyyətinin yaxşı olması” fikri ilə razılaşmayıb.
Günay Rəsulqızı
Sfera.az






