Qazaxıstanda yanacağın qiyməti ilə bağlı YENİ QƏRAR
Kateqoriya məlum deyil
Qazaxıstanda yaxın 180 gün (6 ay) ərzində benzin, dizel yanacağı və maye qazın qiymətlərini dövlət müəyyənləşdirəcək.
Sfera.az "Lenta.ru” saytına istinadən xəbər verir ki, bu barədə respublika hökuməti məlumat yayıb.
Qiymət tənzimlənməsi yanacaqdoldurma məntəqələrində avtomobillərə doldurulacaq yanacağın satışını əhatə edəcək. Digər məqsədlər üçün yanacaq satışını isə istehsalçı və satışı həyata keçirən müəssisələr müəyyən edəcək. Qərara əsasən müxtəlif bölgələrdə maye qazın qiymətləri 50-70 tenge (20-27 qəpik) arasında dəyişəcək.
Qeyd edək ki, Qazaxıstanda yanacağın qiymətini istehsalçı müəssisələr müəyyən edirdi.
Vasif
Sfera.az






