Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sədri dəyişdi
Kateqoriya məlum deyil
Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sədri Kərim Məsimov vəzifəsindən azad edilib.
Sfera.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım Jomart-Tokayevin imzaladığı sərəncamda deyilir. Məsimovun yerinə Yermek Aldaberqenoviç Saqimbayev sədr təyin edilib.
Qeyd edək ki, Məsimov 2016-cı ildən Qazaxıstan MTK-nın sədri idi.






