Logo

“Etirazçılar hərbçiləri döyüb və ələ salıblar” - Tokayev

“Etirazçılar hərbçiləri döyüb və ələ salıblar” - Tokayev
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Almatıdakı iğtişaşların iştirakçıları hərbçiləri döyüb və ələ salıblar”.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bunu xalqa ikinci müraciətində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.

"Etirazçılar izdihamı hərbçiləri döyür, məsxərəyə qoyur, onları küçədə lüt gəzdirib, qadınları təhqir edir, mağazaları qarət edirlər. Vəziyyət Almatı şəhərinin bütün sakinlərinin təhlükəsizliyini təhdid edir”, - deyə Tokayev qeyd edib.

Onun sözlərinə görə, polislər arasında ölənlər və yaralananlar var. Eyni zamanda, Tokayev hərbçilərə və hüquq-mühafizə orqanlarına təşəkkür edib.

"Ölənlərin ailələrinə dərin hüznlə başsağlığı verirəm”, - prezident deyib.

O, hakimiyyətin qanun pozucularına münasibətdə mümkün qədər sərt davranacağını vurğulayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR