Logo

Şimali Koreya ilin ilk ballistik raket sınağını keçirdi

Şimali Koreya ilin ilk ballistik raket sınağını keçirdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Şimali Koreya bu gün səhər saatlarında ballistik raket sınağı keçirməyə başlayıb.

Sfera.az bildirir ki, bu barədə Yaponiya və Cənubi Koreya səlahiyyətliləri açıqlama yayıb. Belə ki, Yaponiyanın müdafiə naziri Kişi Nobuo ballistik raketin milli xüsusi iqtisadi zonanın hüdudlarından kənara düşdüyünü təxmin etdiklərini söyləyib. "Ballistik raket kimi görünən obyekt Şimali Koreyanın daxili hissəsindən şərqə doğru atılıb", - deyə o əlavə edib.

Baş nazir Fumio isə aidiyyatı qurumlara bölgədə dəniz və təyyarələrin təhlükəsizliyini müəyyənləşdirməyi və mümkün zərəri qiymətləndirməyi tapşırdığını bildirib. O, həmçinin keçən ildən bu yana Şimali Koreyanın cəhdlərini uğursuz hesab etdiyini vurğulayıb.

Digər tərəfdən, Cənubi Koreya Baş Qərargahı raket sınağının yerli vaxtla 08:10 radələrində baş verdiyini və ABŞ-la əməkdaşlıq çərçivəsində regional vəziyyətin izləndiyini bildirib.

Xatırladaq ki, axırıncı dəfə 2021-ci ilin oktyabrında sınaq keçirən Şimali Koreya bunun sualtı qayıqdan atılan yeni tip ballistik raket olduğunu iddia etmişdi.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR