Paşinyanın partiyasından iki deputat istefa verdi
Kateqoriya məlum deyil
Ermənistan parlamentinin iki deputatı - "Vətəndaş müqaviləsi” partiyasının üzvləri Serqey Movsisyan və Sedrak Tevonyan istefa verib.
Millət vəkillərinin mandatdan imtina etməsi haqda informasiya parlament sədrinin müvafiq bəyanatlarının işıqlandırıldığı internet saytında yer alıb.
Qərarın detalları haqda məlumat verilməyib.
Qeyd edək ki, adıçəkilən partiyanın rəhbəri Ermənistan Baş naziri Nikol Paşinyandır. ("Sputnik Ermənistan”)





