Çavuşoğlu və Blinken Qafqazdakı prosesləri müzakirə etdilər
Kateqoriya məlum deyil
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.
Sfera.az xəbər verir ki, söhbət zamanı Türkiyə - ABŞ ikitərəfli münasibətlərilə yanaşı regional problemlər də nəzərdən keçirilib.
O cümlədən, NATO və ATƏT-in toplantıları ərəfəsində Rusiya - Ukrayna gərginliyi, Sudan, Efiopiya və Qafqazda baş verən proseslər ətrafında fikir mübadiləsi aparılıb.






