İranda daşqın oldu: 4 nəfər öldü, 7 nəfər yaralandı
Kateqoriya məlum deyil
İranın cənubunda 2 gündür davam edən leysan yağışları sel fəlakətinə səbəb olub.
Sfera.az xəbər verir ki, İran Təcili Yardım Agentliyinin sözçüsü Mucteba Xalidi açıqlama yayıb.
"Ölkənin cənubunda baş verən sel fəlakəti nəticəsində 4 vətəndaşımız həyatını itirdi, 7 nəfər isə yaralanıb.
Cənubi Fars, Cənubi Kirman, Hörmüzqan, Qərbi Sistan və Bəlucistan şəhərləri daşqından zərər çəkib. Bütün yardım qruplarımız hazırda yerli ictimaiyyətə kömək edir", - o bildirib.
Turan Rzayev






