Logo

Yunan alim “Omicron” ştamının azalacağı tarixi AÇIQLADI

Yunan alim “Omicron” ştamının azalacağı tarixi AÇIQLADI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Koronavirusun "Omicron” ştamı ilə yoluxma dalğası fevralın 20-dək azalacaq”.

Sfera.az xəbər verir ki, bunu Aristotel Universitetinin professoru Demosfen Sariyannis "Newsbeast” nəşrinə verdiyi açıqlamasında deyib.

Sariyannisin sözlərinə görə, yeni ştama yoluxmalarda artımlar yanvarın 20-22-dək davam edəcək. Bu zaman həftə ərzində orta göstərici 66 min yoluxma halına çatacaq. Bu isə təcrübədə o deməkdir ki, gün ərzində 80 min və hətta 100 min yolxuma faktının aşkar olunacağı günlər ola bilər. Bununla belə, bu tendensiyanın bir ay sonra, yəni fevralın 20-dək enməsi müşahidə ediləcək.

Yunan alimin fikrincə, "Omicron” ştamı çox güman ki, COVID-19-un son mutasiyasıdır.

(qafqazinfo)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR