Erməni nümayəndə ilə ilk görüş... - Çavuşoğlu
Kateqoriya məlum deyil
"Türkiyə və Ermənistanın münasibətlərin nizamlanması üzrə xüsusi nümayəndələrinin ilk görüşü 2022-ci ilin yanvarında baş tuta bilər”.
Sfera.az-ın məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "TV24” kanalına müsahibəsində deyib.
M.Çavuşoğlu, həmçinin, əlavə edib ki, yaxın günlərdə İstanbul və İrəvan arasında aviareyslər açılacaq.
Qeyd edək ki, Türkiyə tərəfdən ABŞ-dakı keçmiş səfir Serdar Kılıç, Ermənistan tərəfdən isə parlamentin vitse-spikeri Ruben Rubinyan xüsusi nümayəndə təyin edilib.






