Logo

Beynəlxalq koalisiya qüvvələri İraqı tərk edib

Beynəlxalq koalisiya qüvvələri İraqı tərk edib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"İraqın hazırkı Baş naziri Mustafa Əl-Kazımi "Twitter" hesabında bəyan edib ki, koalisiyanın hərbi əməliyyatları başa çatıb, bütün qoşunlar və hərbi texnika İraqdan çıxarılıb. Hazırda koalisiyanın işi İraq-ABŞ strateji dialoqunun nəticələrinə əsasən məsləhətləşmələrdən ibarətdir. Baş nazir Əl-Kazımi onu da xüsusilə vurğulayıb ki, İraq Silahlı Qüvvələri əhalini İŞİD silahlılarının təhlükəsindən qorumağa hazırdır”.

Sfera.az xəbər verir ki, bu sözləri politoloq Samir Hümbətov deyib. Onun sözlərinə görə, İraq Silahlı Qüvvələrinin komandanlığı 22 dekabrın 2021-ci ildə beynəlxalq antiterror koalisiyasının döyüş hissələrinin ölkədən çıxarıldığını və yalnız xarici hərbi məsləhətçilərin qaldığını açıqlayıb:

"Koalisiya Qüvvələrinin İraqda yerləşən hərbi bazalardan son olaraq Hərir bazasında yerləşdirilmiş koalisiya əsgərləri çıxıb. Beləliklə, 18 ildən sonra İraq dövləti nəhayət öz ərazilərini nəzarətə götürə bildi. 20 mart 2003-cü ildən başlayaraq İraqın keçmiş lideri Səddam Hüseyn 6 ay ərzində koalisiaya əsgərlərindən gizlənməyi bacardı, lakin 2003-cü ilin dekabrında doğma şəhəri Tikrit yaxınlığında yaxalandı. Xüsusi tribunalın ilk iclası 2004-cü ilin iyulunda baş tutub. Məhkəmə Hüseyni təqsirli bilib və 2006-cı il noyabrın 5-də asılaraq edam cəzasına məhkum edib. Bu işğal nəticəsində İraq parçalandı. ABŞ-ın dəstəyi və yardımı ilə İraqın şimalında Kürdüstan Muxtariyyati yaradıldı. İraqda şəhərlər, qəsəbələr, kəndlər dağıdıldı. İnfrastrukturun xeyli hissəsi sıradan çıxarıldı. İşğalın ilk günlərindən başlayaraq ölkədə demək olar ki, hər gün terror aktları həyata keçrilirdi. Ölkə iqtisadiyyatı tamamilə çökmüş vəziyyətə gəldi”.
 
S. Hümbətovun sözlərinə görə, 2010-cu ildə başlayan "Ərəb Baharı"nın dalğası İraqı da tutdu: "Onsuz da ölkədə ağır olan vəziyyət daha da ağırlaşdı. İŞİD-in ortaya çıxması Suriyada olduğu kimi, İraqda da kütləvi şəkildə dağıntılara və insan ölümlərinə səbəb oldu. Verilən bəzi statistikalara görə, İŞİD İraqda 200 mindən çox adam qətlə yetirib. Digər tərəfdən, ABŞ Kürd Muxtariyyətini qurmaqla İraqın neft yataqlarını da nəzarətə götürmüş oldu.
Buradan belə qənaətə gəlmək olar ki, İraqın işğalı nə İraqa, nə dı iraqlılara hansısa faydanı vermədi. Görünən odur ki, ABŞ-ın İraqı işğal etməsi Yaxın Şərqin geosiyasi və geostrateji mənzərəsin dəyişmiş, uzunmüddətli və qalıcı qeyri-stabilliyin yaranmasına səbəb olmuşdur”.

Turan Rzayev

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR