Belarus Honq Konqda baş konsulluq açacaq
Kateqoriya məlum deyil
Belarus Honq Konqda baş konsulluq açacaq.
Sfera.az xəbər verir ki, bu barədə Belarusun Çindəki səfirliyi bildirib.
Qeyd olunur ki, iki ölkə arasında Honq Konqda baş konsulluğun açılması barədə saziş dekabrın 29-da qüvvəyə minib.
Bu, Belarusun Çin ərazisində dördüncü konsulluğu olacaq.
Belarusun paytaxt Pekində səfirliyi ilə yanaşı, Şanxay, Quançjou və Çuntsin şəhərlərində baş konsulluqları fəaliyyət göstərir.






