Bayden Putinə zəng edib bunu təklif edəcək - "Diplomatik yol", yoxsa təhdid?
ABŞ prezidenti Co Bayden Ukrayna və Rusiya arasındakı gərginliyi azaltmaq məqsədilə bu gün Rusiya prezidenti Vladimir Putinlə telefonda danışacaq.
Sfera.az bildirir ki, Ağ Evin səlahiyyətli şəxslərindən biri iki liderin danışıq zamanı ölkələr arasındakı təhlükəsizlik məsələləri və Avropadakı vəziyyəti müzakirə edəcəyini qeyd edib. Onun sözlərinə görə, Bayden Putinə "diplomatik yol” təklif edəcək, bununla yanaşı o, sərhədə yığılan rus əsgərlərinə görə narahatlığını da ifadə edəcək.
Məlumata görə, Baydenin danışıq zamanı Rusiyanın Ukraynanı işğal edəcəyi halda, ABŞ-ın cavab verməyə hazır olduğunu söyləməsi gözlənilir.
Qeyd edək ki, bundan öncə, iki lider dekabr ayının ilk həftəsində video konfrans formatında görüş keçirmişdi.
Günay Rəsulqızı
Sfera.az






