Logo

Saakaşvili həbsxanaya köçürüldü

Saakaşvili həbsxanaya köçürüldü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili dekabrın 30-da müalicə olunduğu Qori Hərbi Hospitalından Rustavidəki 12 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb.

Sfera.az xəbər verir ki, bu barədə Gürcüstanın Xüsusi Penitensiar Xidmətindən bildirilib.

Qeyd olunub ki, həbsxanaya köçürülmə qanuna tam uyğun olaraq həyata keçirilib.

Xatırladaq ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb və Rustavidəki həbsxanaya yerləşdirilib. O, noyabrın 8-də Tbilisidəki Qldani türməsinin xəstəxanasında müalicəyə alınıb. Əlli gün aclıq aksiyası keçirən siyasətçi noyabrın 20-də Qoridəki hərbi hospitala köçürülüb. Siyasətçi bundan sonra aclıq aksiyasını dayandırıb.

(report)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR