Logo

Qazaxıstanda ölüm hökmü rəsmən ləğv olundu

Qazaxıstanda ölüm hökmü rəsmən ləğv olundu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölüm hökmünün ləğv olunması üçün qanunvericiliyə əlavə və dəyişikliklər edilməsi haqda qərar imzalayıb.

Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Qəbul olunan dəyişikliklər ölüm hökmünün Cinayət Məcəlləsindəki bütün müvafiq maddələrdən çıxarılmasını nəzərdə tutur.

Qanuna dəyişiklik Qazaxıstanın 2021-ci ilin yanvarında ratifikasiya etdiyi BMT-nin Mülki və Siyasi Hüquq Haqqında Paktın ikinci fakültativ protokolu əsasında həyata keçiriləcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR