Çindən XƏBƏRDARLIQ: “Qırmızı xətti keçsələr...”
Çin Tayvanı müstəqilliyə doğru addım atacağı təqdirdə "sərt tədbirlər" görəcəyi ilə hədələyib.
Sfera.az xəbər verir ki, Pekin rəhbərliyi gələn il Tayvana xarici müdaxilə və təxribatların arta biləcəyini iddia edib.
Çinin Tayvanla əlaqələr departamentinin sözçüsü Ma Xiaoguang mediaya bildirib ki, Pekin Tayvanla sülh yolu ilə birləşmək üçün əlindən gələni etməyə hazırdır və Tayvan müstəqilliklə bağlı hər hansı "qırmızı xətti” keçərsə, tədbir görüləcək.
Çin sözçüsü, "Müstəqillik tərəfdarlarının təxribatları və xarici müdaxilələr qarşıdakı aylarda intensiv şəkildə arta bilər", - deyə bildirib.
Qeyd edək ki, Tayvan ABŞ və Çin arasında münasibətlərin gərginləşməsinin ən mühüm səbəblərindən biri kimi qiymətləndirilir. Tayvan və ABŞ arasında diplomatik münasibət olmasa da, Vaşinqtonun orada silah tədarük etdiyi məlumdur. Pekin son bir il ərzində Tayvanın hava məkanı üzərindən çoxlu sayda döyüş təyyarəsi keçirərək oradakı administrasiyanı hədələyib.
Əzizə Zeynal
Sfera.az






