Koronavirusdan sonra yeni pandemiya olacaq - XƏBƏRDARLIQ
Kateqoriya məlum deyil
Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş xəbərdarlıq edib.
Sfera.az xarici mediaya istinadla bildirir ki, onun sözlərinə görə, koronavirusdan sonra bəşəriyyət yeni bir pandemiya ilə üzləşəcək. O, bu gün növbəti bədbəxtliyə hazırlaşmağa çağırıb.
"COVID-19 bəşəriyyətin üzləşdiyi son pandemiya olmayacaq. Bu sağlamlıq böhranı ilə mübarizə apararkən, növbəti pandemiyaya hazırlaşmalıyıq”, - baş katib özünün "Twitter” səhifəsində yazıb.






