Yunanıstanda güclü zəlzələ oldu
Kateqoriya məlum deyil
Yunanıstanın Krit adası sahillərində Rixter cədvəli ilə 6,1 bal gücündə zəlzələ baş verib.
Sfera.az xəbər verir ki, zəlzələnin episentri İraklion şəhərindən 75 kilometr cənubda qeydə alınıb.
Təkanlar Yerin 67 kilometr dərinliyində baş verib.
Hər hansı bir fəsad və ya itkilər barədə məlumat verilməyib.






