Logo

Məmmədov və Əliyev Gürcüstanda ən populyar soyadlar arasında yer aldı

Məmmədov və Əliyev Gürcüstanda ən populyar soyadlar arasında yer aldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Gürcüstanın Dövlət Xidmətlərinin İnkişafı Agentliyi ölkədə ən çox yayılmış soyadların ilk onluğunu yeniləyib.

Sfera.az xəbər verir ki, siyahıda V yeri Məmmədov, VIII yeri isə Məmmədova soyadı tutub.

İlk onluğa əsasən, qonşu ölkədə Məmmədov soyadlı 14 945, Məmmədova soyadlı isə 13 071 nəfər var.

Azərbaycanlılara məxsus digər – Əliyev soyadı isə kişi soyadları arasında populyarlığına görə IV, Əliyeva isə qadın soyadları sırasında V yerdədir. Gürcüstanda Əliyev soyadını 9 084, Əliyeva soyadını isə 9 079 nəfər daşıyır.

Qonşu ölkədə Beridze soyadı ən çox rast gəlinən soyad olaraq qalır. Ən populyar familiyanı daşıyanların sayı 29 684 nəfər təşkil edir.

(report)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR