ABŞ və Rusiyanin növbəti görüş tarixi bəlli oldu
Yanvarın 10-da ABŞ-Rusiya görüşünün, yanvarın 12-də Rusiya və NATO-nun, yanvarın 13-də işə Avropanın da daxil olduğu geniş tərkibdə təmasların baş tutacağı gözlənilir.
Sfera.az xəbər verir ki, bu barədə Bayden rəhbərliyinin sözçüsü məlumat yayıb.
Rusiya Xarici İşlər Nazirliyi yanvarın 10-da keçiriləcək görüşü təsdiqləyərək təhlükəsizlik tələblərini müzakirə etməyin planlaşdırıldığını bildirib.
Adının açıqlanmasını istəməyən Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü qeyd edib ki, Rusiya öz narahatlığını masaya qoya bilər. Biz də Rusiyanın fəaliyyəti ilə bağlı narahatlığımızı müzakirə edəcəyik: "İrəliləyəcəyimiz və razılaşmadığımız sahələr olacaq. Diplomatiyanın əsas məqsədi budur. Ukraynasız Ukrayna ilə bağlı heç bir qərar verilməyəcək".
Turan Rzayev





