Logo

ABŞ və Rusiya liderləri Ukrayna gərginliyi ilə bağlı yenidən toplaşacaq

ABŞ və Rusiya liderləri Ukrayna gərginliyi ilə bağlı yenidən toplaşacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
ABŞ və Rusiya liderləri Ukrayna gərginliyi ilə bağlı yanvarın 10-da yenidən toplaşacaq.

Sfera.az xarici mətbuata istinadən bildirir ki, bu barədə Ağ Evdən məlumat verilib. Məlumata görə, ABŞ və Rusiya görüşünün yanvarın 10-da, Rusiya və NATO-nun yanvarın 12-də, Avropanın da daxil olacağını geniş toplantının isə yanvarın 13-də baş tutması gözlənilir.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının rəsmisi sözlərinə görə, Rusiya öz narahatlığını masaya yatıra bilər:

"Eyni zamanda ABŞ da Rusiyanın fəaliyyəti ilə bağlı narahatlığını dilə gətirəcək. Ortaq məxrəcə gələ biləcəyimiz, o cümlədən fikir ayrılığı yaşayacağımız sahələr olacaq. Lakin Ukrayna olmadan onunla bağlı heç bir qərar verilməyəcək”.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR