Logo

Koronavirusdan ölənlərin ailələrinə 53 milyon dollar təzminat ödəniləcək

Koronavirusdan ölənlərin ailələrinə 53 milyon dollar təzminat ödəniləcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ-da koronavirusa görə ölənlərin yaxınlarına 53 milyon dollar təzminat veriləcək.

Sfera.az bildirir ki, bu barədə Nyu-Cersey ştatının rəhbərliyi qərar verib.  Belə ki, ştatda yerləşən "Menlo Park” və "Paramus” adlı qocalar evində qalan və COVİD-19-a görə dünyasını dəyişən 119 nəfərin ailələrinə "kifayət qədər tədbirlər” görülmədiyinə görə, təzminat ödəniləcək. Qeyd olunub ki, ölümlərin səbəbi rəhbərliyin etinasızlığı ucbatından baş verib.

Nyu-Cersey sağlamlıq idarəsi 2 müəssisədəki təxminən 200 xəstənin pandemiyanın ilk aylarında koronavirusa yoluxandan sonra vəfat etdiyini açıqlayıb. Eyni zamanda rəhbərliyin yoluxma sayını gizlətdiyi, yaşlıların yaxınlarına məlumat verilmədiyi və virusa qarşı maska taxan çalışanlarını təhdid etdiyi ortaya çıxıb.

Qeyd edək ki, bu barədə araşdırma yayımlanandan sonra, Nyu-Cersey ştatının sədri Fil Mörfi qocalar evlərindəki rəhbərləri işindən azad etmişdi.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR