Dünyada 6 minə yaxın aviareys ləğv olundu
Kateqoriya məlum deyil
Dünya aviaşirkətləri işçilərin koronavirusun "Omikron ştammına yoluxma hallarının artması fonunda Milad bayramı günlərində 5,7 minə yaxın uçuşu ləğv edib.
Sfera.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məlumata əsasən, ABŞ-da 24,25 və 26 dekabr tarixləri üçün aviaşirkətlər uçuşlarının sayını 1,7 min azaldıblar.
Bildirilib ki, yoluxmaların artmasına baxmayaraq milyonlarla insanın hələ də səyahət etməsi aviaşirkətlərə çətinlik yaradır.






