Logo

İranda 5 avtomobil toqquşdu, 10 fəhlə öldü, 5-i yaralandı

İranda 5 avtomobil toqquşdu, 10 fəhlə öldü, 5-i yaralandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İranın cənub-qərbində yerləşən Xuzistan əyalətində 5 avtomobilin iştirakı ilə baş verən avtomobil qəzası nəticəsində 10 nəfər ölüb, 5 nəfər yaralanıb.

Sfera.az "Mehr”ə istinadən xəbər verir ki, bu barədə polkovnik Reza Dövlətşahi məlumat verib.

Onun sözlərinə görə, hadisə Əhvaz-Xürrəmşəhr avtomobil yolunda baş verib.

Bildirilib ki, fəhlələri aparan avtobus, bir yük maşını və 3 minik avtomobili toqquşub. Nəticədə 10 fəhlə ölüb, 5-i yaralanıb.

Hadisə yola xırda buynuzlu heyvanların çıxması səbəbindən baş verib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR