Zaxarova “3+3” platformasından DANIŞDI
"Gürcüstanın "3+3” regional mexanizmdə iştirakı üçün qapı hər zaman açıqdır”.
Sfera.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bu gün keçirilən brifinqdə deyib.
"Dekabrın 10-u platformanın ilk iclasında Rusiya da daxil olmaqla bütün ölkələr yekdilliklə Tbilisinin bu formatda iştirakında maraqlı olduqlarını bildirdilər. Tərəflər Gürcüstan üçün qapının hər zaman açıq olmasına dair razılığa gəlib”, - deyə Zaxarova söyləyib.
Rusiya XİN-in rəsmi sözçüsü qeyd edib ki, formatın bütün iştirakçıları işin davam etdirilməsində, praktiki qarşılıqlı əlaqənin qurulmasında maraqlıdırlar.
Zaxarova, həmçinin "3+3” formatının növbəti görüşünün Ankarada keçirilməsi imkanlarına dair Türkiyə XİN-in bəyanatına da münasibət bildirib. Diplomat xatırladıb ki, növbəti görüşə ev sahibliyi etmək istəyən təkcə rəsmi Ankara deyil.






