“Bir güzəştin əvəzində 10 güzəşt istəsələr...” – Abdullahian bu ölkəyə xəbərdarlıq etdi
Kateqoriya məlum deyil
Bundan əvvəlki danışıqlarda ümumilikdə bəzi Avropa ölkələrinin, xüsusən də Fransanın yanaşmasını konstruktiv hesab etməmişdik. Fransa tərəfinin bütün diqqətini danışıqlara yönəldəcəyini və konstruktiv rol oynayacağını gözləyirik.
Sfera.az xəbər verir ki, bunu İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.
"Açıq şəkildə bəyan edirik ki, razılaşma əldə etmək üçün Vyanada danışıqları xoş niyyət və ciddiliklə davam etdirəcəyik və digər tərəflərdən də eyni yanaşmaya ümid edirik. Əgər digər tərəflər bir güzəşt edib, əvəzində 10 güzəşt istəsələr, İran bunu qəbul etməyəcək”, - deyə Abdullahian bildirib.
Turan Rzayev
Sfera.az






