Logo

“1,85 boyum var, qəbrim böyük olacaq” - Ərdoğan

“1,85 boyum var, qəbrim böyük olacaq” - Ərdoğan
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"1.85 metr boyundayam, qəbrim bir az böyük olacaq. Başqaları düşünsün".

Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP Bələdiyyələr və Müşavirə İclasında deyib.

"Təvazökar olmalıyıq. Yoxsa problem hədsiz dərəcədə böyüyəcək. Biz nəyik? Quluq, qul! Nəhayət, gedəcəyimiz yer torpaqdır. Oradan gəldik, ora gedəcəyik. Boyum 1,85 metrdir, ona görə də qəbrim bir az da böyük olacaq. Başqaları düşünsün", - Ərdoğan deyib.

Prezidentin bu sözündən sonra bir partiya üzvü ayağa qalxaraq, "Allah sizə uzun ömür versin, Prezidentimiz”, - deyib.

Türkiyə Prezidenti isə cavabında bildirib: "Allahın təqdiri nədirsə, o olacaq. Bunu dəyişdirməyə heç kimin gücü çatmaz. Biz bu millətə ağa deyil, qul olmaq üçün gəlmişik”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR