Bu ölkə ailələrə sosial yardımı məhdudlaşdırır: “ Uşaqlarınızı dövlətin doyurmasını gözləməyin”
Sfera.az xəbər verir ki, Misir prezidenti Əbdülfəttah Sisi ailələrə verilən dəstəyin çörək, düyü və şəkər kimi əsas qidalar cəhətdən məhdudlaşdırılacağını açıqlayıb.
Bu dəstək üçün paylanan hesabat kartlarının artıq iki nəfərlə məhdudlaşacağını söyləyən Sisi yeni evlənənlərin dövlətdən uşaqlarına yemək verməsini gözləməməli olduğunu söyləyib.
Yeni evlənən cütlüklərə yardım verilməyəcəyini diqqətə çatdıran Əbdülfəttah Sisi, "Misirlilərdə belə bir düşüncə tərzi formalaşıb ki, dəyərindən aşağı qiymətə əşya və xidmətləri ala bilərlər. Onlar başqasının onların övladlarını doyurmasını gözləyirlər”, - deyə bildirib.
Qeyd edək ki, Misir əhalisinin təxminən 30 faizi hökumət tərəfindən müəyyən edilmiş yoxsulluq həddinin altında yaşayır. Ölkədə 60 milyondan çox insan Satınalma Nazirliyinin payladığı hesabat kartlarından faydalanır. Bu günədək yeni doğulmuş körpələr də bəzi məhsulların endirimlə alınması məqsədilə bu sistemə əlavə edilirdi.
Əzizə Zeynal
Sfera.az






