Makron həyat yoldaşının keçmişdə kişi olduğunu iddia edənləri məhkəməyə verdi
Sfera.az xəbər verir ki, Makronun vəkili Jean Ennochi müvəkkilinin saxta xəbərlərlə bağlı məhkəməyə müraciət etdiyini açıqlayıb.
Sözügedən xəbər ilk olaraq özünü jurnalist kimi təqdim edən Nataşa Rey adlı şəxs tərəfindən "Facebook” hesabında paylaşılıb. Makronun vəkilinin sözlərinə görə, Nataşa Rey istintaq altında dindirilir. Reyin sosial şəbəkə hesabının sui-qəsd nəzəriyyələri və "sağlamlıq diktaturası”na qarşı sərt tənqidlərlə dolu olduğu bildirilir.
Bu cür hücumlar Makron cütlüyünün cinsi oriyentasiyası ilə bağlı səslənən ilk iddialar deyil. 2017-ci ildə prezident seçkiləri kampaniyasında Emmanuel Makronun gey olduğu iddia edilmiş və Makron bunu rədd etmişdi.
Bricit Makron kimi, transfobik tənqidlərə keçmiş ABŞ prezidenti Barak Obamanın həyat yoldaşı Mişel Obama, hazırkı vitse-prezident Kamala Harris və Yeni Zelandiyanın baş naziri Casinda Ardern də məruz qalıb.
Bu cür hücumlarda bədənin müxtəlif hissələrinin fotoşəkillərinin yaxınlaşdırılaraq şərhi və ya gizli keçmişin tapıntıları söz-söhbətlərə yol açmaq üçün istifadə edilir.
Əzizə Zeynal
Sfera.az






