Putin: “Kanada və ya Meksika sərhədinə raket yerləşdirilsəydi...”
Kateqoriya məlum deyil
"Bizim hərəkətlərimiz Rusiyanın təhlükəsizliyini qeyd-şərtsiz təmin etməklə müəyyən olunacaq. Açıq şəkildə bildirdik ki, NATO-nun şərqə doğru genişlənməsi qəbuledilməzdir”.
Sfera.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.
"ABŞ öz raketləri ilə qapımızda dayanıb. Hücum sistemlərinin qapımızın ağzında yerləşdirilməməsini istəmək həddindən artıq tələbdirmi? Kanada və ya Meksika sərhədinə raket yerləşdirilsəydi, amerikalılar necə reaksiya verərdilər? Daha əvvəl Kaliforniyanın sahibi kim idi? Ya da Texas? Mühüm olan danışıqların necə gedəcəyi deyil, mühüm olan bu danışıqların nəticəsidir", - deyə Putin bildirib.
Turan Rzayev
Sfera.az






