Logo

Co Bayden növbəti seçkilərə də qatılacağını elan etdi

Co Bayden növbəti seçkilərə də qatılacağını elan etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ prezidenti Co Bayden növbəti seçkilərdə namizəd olacağını açıqlayıb.

Sfera.az bildirir ki, bu barədə Ağ Ev sahibi "ABC” telekanalına verdiyi müsahibəsində danışıb. Bayden namizdəliyini irəli sürmək üçün vacib şərti də etiraf edib.

"Mən qismətə inanıram. Ona görə də hazırda olduğu kimi, o vaxt da sağlamlığım yaxşı olarsa, yenidən namizəd olacam”,  - deyə ölkə rəhbəri söyləyib.

Bayden həmçinin "Rəqibiniz yenidən Donald Tramp olarsa, onunla yarışacaqsınızmı”, sualını da cavablandırıb. O, suala "Trampa qarşı niyə də savaşmayım”, cümləsi ilə qarşılıq verib.

Xatırladaq ki, ABŞ-da növbəti seçkilər 2024-cü il noyabrın 5-nə təyin edilib. Bu, ölkədə 60-cı prezident seçkiləri olacaq.

Günay Rəsulqızı

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR