Logo

“Rusiyanı buna qarışmamağa çağırırlar” - Putin hərbi əməliyyata hazırlıqdan danışdı

“Rusiyanı buna qarışmamağa çağırırlar” - Putin hərbi əməliyyata hazırlıqdan danışdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Ukraynadakı çevrilişdən sonra Krım xalqını qorumaqdan imtina etməyimiz mümkün deyildi. Ukraynadakı çevrilişdən əvvəl heç kəs Krımın Rusiyaya birləşdiriləcəyini düşünməzdi”.

Sfera.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.

"Gördüyümüz odur ki, Ukrayna hökuməti Donbasa qarşı yeni hərbi əməliyyata hazırlıq görür. Rusiyanı buna qarışmamağa çağırırlar. Görünən odur ki, Ukrayna hökumətinə yeni silah sistemləri tədarük edilərkən bizim buna əhəmiyyət verməməyimiz istənilir. Bizdən xahiş edirlər ki, Ukraynada radikalların necə davrandığına fikir verməyək. Bunlara qarşı biganə qala bilmərik.

Bununla belə, biz öz təhlükəsizliyimizin gələcəyini düşünməliyik. Ukraynada baş verənləri seyr edərək necə yaşaya bilərik?", - deyə Putin bildirib.

Turan Rzayev

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR