Logo

Pakistan son dörd ayda ilk dəfə Əfqanıstana raket zərbəsi endirdi

Pakistan son dörd ayda ilk dəfə Əfqanıstana raket zərbəsi endirdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Əfqanıstanın şərqində yerləşən Kunar əyalətinin Pakistan tərəfdən raket atəşinə tutulması nəticəsində 2 nəfər yaralanıb".

Sfera.az "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə əyalətdəki tayfalardan birinin başçısı bildirib.

Onun sözlərinə görə, raket atəşi nəticəsində Şoltan Dərə kəndinin 2 sakini yaralanıb.

Bildirilib ki, "Taliban” hərəkatı hakimiyyəti ələ keçirdikdən sonra Pakistan ilk dəfədir Əfqanıstan ərazisini raket atəşinə tutub.

Qeyd edək ki, bu il avqustun 15-də "Taliban” Əfqanıstanı tamamilə ələ keçirib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR